تبليغاتX

Azad Urmu xəbər

* اوز الیمیز اوز باشیمیز*یاشاسین استقلالیمیز *

AZAD URMU XƏBƏR MƏRKƏZİ
سرکوب فعالین مدنی، روزنامه نگاران و دانشجویان در اردبیل
movzu موضوع:

 

Təbrizdə toy etmək istəyən azərbaycanlılar polisdən xüsusi razılıq almalıdır

İran dövləti Təbrizdə azərbaycanlıların toy mərasimlərinin keçirilməsinə xüsusi nəzarət edəcək.

Bu barədə APA-ya Güney Azərbaycan İstiqlal Partiyasının Araşdırma və İnformasiya Mərkəzinin sədri Sadiq İsabəyli məlumat verib. Onun sözlərinə görə, toy mərasimlərinin keçirilməsi ilə əlaqədar Təbrizdə yeni qaydalar tətbiq olunub: “Təbriz şəhər Polis İdarəsinin rəisi Rəhman İmaninijad şəhərdə hüquq-mühafizə orqanının icazəsi olmadan toy mərasiminin keçirilməsinə icazə verməmək haqda əmr imzalayıb. Bundan sonra toy sahibləri əvvəlcədən toyun keçiriləcəyi yer və vaxtla bağlı yerli polis orqanına məlumat verməlidir. Toyda hüquq-mühafizə orqanlarının mülki geyimli əməkdaşları da iştirak edəcəklər”. S. İsabəylinin sözlərinə görə, bu kimi göstərişlər yalnız azərbaycanlıların kompakt yaşadıqları bölgələrə şamil edilib.

 
Azərbaycanda erməni diversantları tutuldu

Xüsusi xidmət orqanları ölkədə təxribat törətmək istəyən 4 erməni kəşfyyatçsısını ələ keçirdi

Ermənistan Müdafiə Nazirliyi isə onların hərbiçi olmadığını idda edir

Ermənistan Silahlı Qüvvələrinin xüsusi təyinatlılardan ibarət hərbi qrupunun Azərbaycan ərazilərində təxribat törətmək niyyətinin qarşısı alınıb.
Hüquq-mühafizə sistemindəki mənbələrdən APA-ya verilən məlumata görə, əks-əməliyyat nəticəsində 4 nəfərlik qrupun bütün üzvləri ələ keçirilib. Faktla bağlı araşdırma aparılır.
Xəbərə aydınlıq gətirmək üçün Milli Təhlükəsizlik Nazirliyinin ictimaiyyətlə əlaqələş şöbəsi ilə əlaqə saxlamaq istəsək də lakin bu baş tutmadı.
DİN-nin mətbuat xidmətində isə belə bir məlumatın olmadığını bildirdilər.
Ermənistanın müdafiə nazirliyi bazar ertəsi bildirib ki, Azərbayjan KİV-in Ermənistanın diversiya qrupu haqqında informasiyası həqiqətə uyğun deyil. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Seyran Şaxsuvaryanın sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri tərəfindən saxlanılanlar Ermənistan vətəndaşlarıdır, lakin hərbiçi deyillər. Onun sözlərinə görə, Vanik Zmboyan, Artem Zorabyan, Karen Torosyan və Aqasi Enokyan Xaçik kəndində hərbi hissədə öz yoldaşlarına baş çəkməyə gediblər. Geri qayıdarkən onlar azıblar, təsadüfən sərhədi keçiblər və Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə düşüblər.
Onlar Azərbaycanın təhlükəsizlik orqanlarındadırlar və vəziyyətləri normaldır, deyən Şaxsuvaryan əlavə edib ki, Ermənistan tərəfi Ermənistan vətəndaşlarının qaytarılması məqsədilə Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət edib.
Öz növbəsində, Azərbayjanın Milli Təhlükəsizlik və Müdafiə Nazirliklərinin mətbuat xidmətlərindən Turan agentliyinə bildiriblər ki, saxlanılan erməni qrupu haqqında məlumatları yoxdur.
 

Təbrizdə toylar nəzarətə götürülür

Təbrizdə isə tələbə qızlara təcavüz etmiş şəxslərin cəzalandırılması tələb olunur

İranın "Ettelaat" təhlükəsizlik, kəşfiyyat və əks-kəşfiyyat xidmətinin "Hərasət" ("Təhlükəsizlik") idarəsinin əməkdaşları Təbrizin "Səhənd" Texniki Universitetində oxuyan üç azərbaycanlı tələbə qızın namusuna təcavüz ediblər.
Universitet tələbələri bununla bağlı etiraz aksiyaları keçirirlər. Əvvəlcə tələbə qızlar aclıq aksiyasına başlayıblar, sonra onlara gənclər qoşulublar.
Aclıq edən tələbə qızlardan 4 nəfər səhhətindəki ağırlaşmalarla bağlı olaraq xəstəxanaya aparılıblar.
Güney Azərbaycan İstiqlal Partiyasından verilən məlumata görə, tələbələrin əsas tələbləri "Səhənd" Universitetinin rəhbəri Məmmədrza Çanaqlu ilə "Hərasət"in şöbə müdiri Hüseynin istefa vermələri, habelə sözügedən ali təhsil müəssisəsində oxuyan azərbaycanlı tələbələrə edilən təzyiqlərə son qoyulmasıdır.
"Bütün bunlara baxmayaraq universitet rəhbərliyi etiraz aksiyalarını qulaqardına vurur, aksiyaya qoşulmuş tələbələri universitetdən qovmaqla hədələyir. Gənclər isə tələbləri yerinə yetirilməyincə aksiyanı davam etdirməkdə qərarlıdır", - GAİP-dən bildirildi.
Təbrizdə tələbələrin aksiyası daha da böyüyə bilər. Belə ki, bundan sonra Təbriz şəhərində toy və nişan mərasimi təşkil edən şəxs mütləq şəkildə yerli polis idarəsindən icazə almalıdır.
"Bundan sonra kimsə polisin müvafiq rüsxəti olmadan nişan və ya toy mərasimi keçirə bilməz. Toy mərasimlərinə nəzarəti təmin etmək üçün toylarda hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edəcəklər", - Təbriz şəhər Baş Polis İdarəsinin rəisi Rəhman İmaninicad deyib.
Belə yasağın azərbaycanlılar yaşayan digər şəhərlərdə də tətbiq olunması gözlənilir.
Dünən səhər Təbrizin iki səmtində şəhər sakinləri etiraz aksiyaları keçirmək istəsələr də, onların qarşısını polis alıb.

Hüseyn Bakuvi

Azərbaycan-İran sərhəddindəki Astara gömrük keçid məntəqəsində saxlanılan yüklərlə bağlı İran-Azərbaycan münasibətlərində yaranmış gərginlik artmağa başlayıb.

Rəsmi Bakının Buşəhr Atom Stansiyasına göndərilməsi nəzərdə tutulan yüklərin nədən ibarət olması ilə bağlı Rusiyaya göndərdiyi müraciətin cavabsız qalması Tehran tərəfindən Azərbaycanla münasibətlərin gərginləşdirilməsi istiqamətində bəyanatların səsləndirilməsi ilə müşayət olunmaqdadır. Qeyd edək ki, artıq Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənov da bu ölkənin Xarici İşlər Nazirliyinə çağrılıb. Hələlik Azərbaycan tərəfdən rəsmi Tehranın səfir qarşısında hansı məsələ qoyduğu açıqlanmasa da, İran tərəfinin yaydığı bəyanatlarda yüklərin heç bir şərt qoymadan buraxılmasının tələb edildiyi bildirilir.
Dünən jurnalistlərlə söhbətində Xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim yaranmış vəziyyətlə bağlı rəsmi Bakının mövqeyini açıqlayıb. Xəzər İbrahim bəyan edib ki, rəsmi Bakı Tehranı Rusiyadan İrana göndərilən avadanlıqlarla bağlı yaranmış problemi gərginləşdirməməyə çağırır. «Eşitmişəm ki, iran Xarici İşlər nazirliyinin sözçüsü tələb formasında hansısa bəyanat verib. Əgər o, bu kimi ifadələrdən istifadə edibsə, bu, ikitərəfli münasibətlərimizin ruhuna, diplomatik etikaya da uyğun deyil. Bakı saxlanılan avadanlıqlarla bağlı izahat verilməsi üçün Rusiyanın Azərbaycandakı səfirliyinə müraciət edib və Moskvadan cavab gözləyir».
Buşəhr Atom Stansiyasına göndərilən yükün sahibi və son 7 ünvanı barədə verilən məlumatların Bakını qane etmədiyini bildirən mətbuat katibi qeyd edib ki, əgər Azərbaycan Rusiya tərəfindən müvafiq sənədləri alsa və bu sənədlər ölkə qanunvericiliyinə və beynəlxalq qaydalara cavab versə, bu halda yüklərlə bağlı müvaiq addım atıla bilər. Rəsmi Tehranın Azərbaycandan yüklərin dərhal buraxılması ilə bağlı tələbinə gəlincə isə XİN rəsmisi deyib ki, Azərbaycan heç bir tərəfin tövsiyyəsinə və tələbinə ehtiyac duymur.

Pərviz Həşimli

Təbrizdə toy etmək istəyən azərbaycanlılar polisdən xüsusi razılıq almalıdır


 

 

ERMƏNİSTAN NAXÇIVANDA 4 ERMƏNİNİN TUTULDUĞUNU TƏSDİQLƏDİ
 

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin erməni təxribatçı qrupunu zərərsizləşdirməsi haqda məlumatı təkzib edir.

Qeyd edək ki, bu gün «Azəri-Press» Agentliyi (APA) Azərbaycanda təxribat törətmək istəyən Ermənistan Silahlı Qüvvələrinin xüsusi təyinatlılardan ibarət hərbi qrupunun yaxalandığı haqda xəbər yayıb. Hüquq-mühafizə sistemindəki mənbəyə istinad edən agentlik bildirib ki, əks-əməliyyat nəticəsində 4 nəfərlik qrupun bütün üzvləri ələ keçirilib. Faktla bağlı araşdırma aparılır.

«Media forum» saytı «Novosti-Armeniya»ya istinadla xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Seyran Şahsuvaryan Azərbaycan tərəfinin saxladığı ermənilərin mülki şəxslər olduğunu deyib. O qeyd edib ki, Naxçıvan sərhədlərinə yaxın Xaçik kəndində yerləşən hərbi şəhərcikdəki dostlarına baş çəkməyə getmiş Ermənistan vətəndaşları Vanik Zmboyan, Artyom Zoqrabyan, Karen Torosyan və Aqasi Yenokyan qayıdarkən azıb Naxçıvan ərazisinə keçiblər.

Erməni tərəfdə olan məlumata əsaslandığını vurğulayan Şahsuvaryan tutulan şəxslərin Azərbaycanın təhlükəsizlik orqanlarında saxlandığını söyləyib. O bildirib ki, tutulanların qaytarılması üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi il

Fars şovinistlərinin himayəsilə Tehran erməniləri “uydurma soyqırımı”ın ildönümünü keçirirlər

DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən Tehranın erməni sakinləri Tehranın bəzi küçələrində afişalar, elanlar, plakatlar yayaraq 1915-ci ildə “Uydurma erməni soyqırımı” ildönümünü keçirirlər. Hər il faşist molla hakimiyyətinin himayəsilə erməni terror təşkilatına bağlı olan Tehran erməniləri 24 aprel 1915-ci ili ermənilərin soyqırımı kimi iddia edirlər və münasibətlə aksiyalar keçirilir. Faşist molla hakimiyyəti islam pərdəsi altında erməni qardaşlarını hər tərəfli dəstəkləyərək, onları istər iqtisadi, hərbi və siyasi yöndə himayət edir və ermənilərə haqq qazandıraraq İran daxilində hər bir şərait yaratmaqla yanaşı onların bütün tədbirlərinə səmimi qəlbdən razılıq verərək, hətta onların təhlükəsizliyini də öz üzərinə götürür, onların bütün aksiyalarını keçirməyə şərait yaradır.

Xatırladaq ki, bu ilin fevral ayında əsrin faciəsi olan 26 fevral Xocalı soyqırımını anım mərasimi keçirmək üçün Güney Azərbaycan türkləri və Azərbaycanın səfirliyinin təşəbbüsü ilə Tehranın Nur məscidində nəzərdə tutulan mərasim min bir bəhanə ilə faşist molla hakimiyyəti tərəfindən qarşısı alındı.

Lakin bir əsr bundan öncə Osmanlı dövlətinin ermənilərlə müharibə zamanı həlak olmuş hər iki tərəfin əsgərləri nədənsə faşist molla hakimiyyətinin gözündə ermənilərin soyqırımı kimi önə çəkilir, amma qonşuluqda olan müsəlman Azərbaycan türklərinin keçən əsrin əvvəllərindən bu günə qədər davam edən ermənilər tərəfindən törədilən soyqırımı, terror və vəhşi əməlləri unutdurmağa çalışır.

Buna baxmayaraq Güney Azərbaycan türkləri faşist molla hakimiyyətinin iç mahiyyətini dəqiqliklə bilir və ermənilərlə farsların türk millətinə qarşı apardığı birgə fəaliyyəti hər an izləyir, var gücü ilə bu təxribatların qarşısını almaqdadır.

.: DAK :.

Gürcüstan: Rusiya təcavüzkar siyasətə son qoymalıdır

Dato-Bakradze

Cons Hopkins Universitetinin Orta Asiya və Qafqaz İnstitutu "Rusiyanın Gürcüstanda Siyasəti" mövzusunda diskussiya keçirib.  Diskussiya iştirakçıları sırasında Gürcüstanın xarici işlər naziri David Bakradze və ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Brayza olub. 

 

Tədbiri giriş sözü ilə açan institutun rəhbəri Svante Kornell Rusiyanın ötən həftələrdə Gürcüstanla bağlı siyasətindəki dəyişikliklərin həyəcan doğurduğunu bildirdi.  O, qeyd etdi ki, Prezident Vladimir Putinin öz hökumətinə Gürcüstanın separatçı Abxaziya və Cənubi Osetiya regionları ilə de-fakto əlaqələr yaratması haqda tapşırıq verməsi və bunun ardınca Gürcü dronun Rus təyyarəsi tərəfindən vurulması Qərbdə, ələxüsus Vaşinqtonda dərin narahatlıq doğurub.   Moskvanın yeritdiyi siyasətə Qərbin mümkün cavab tədbirlərinin müzakirəsi üçün o, sözü Gürcüstanın Vaşinqtona səfərdə olan xarici işlər naziri David Bakradzeyə verdi.     

Cənab Bakradze son olayları 3 başlıca faktorla izah etdi.  Onun fikrincə NATO-nun Buxarestdəki sammitində Gürcüstana və Ukraynaya üzvlük planının verilməməsi Moskvada belə bir təəssürat yaratdı ki, təxrbitaçı əməllərlə Tbislinin götürüdüyü kursun qarşısını ala bilər.  İkinci faktor Kosovonun müstəqilliyinin tanınması ilə əlaqədardır ki, Rusiya Qərbin Kosovonu tanımasının onun moral mövqeyini gücləndirdiyini zənn edir.  Bu baxımdan Moskva hesab edir ki, Qərb öz təsir dairəsində Ksovonun müstəqilliyini tanıdığı kimi Rusiya da öz təsir dairəsi hesab etdiyi keçmiş Sovet məkanında sərhədlərin dəyişməsinə qərar verə bilər.  3-cü başlıca faktoru isə David Bakradze Rusiyada cərəyan edən hakimiyyət dəyişikliyi ilə əlaqələndirdi.  Onun fikrincə prezidentlik müddətinin başa çatmasına az qalmış Putin mühüm siyasi qərarlar verməklə indidən Rusiyanın Gürcüstan və Qərblə münasibətdə kursunu müəyyən etməyə çalışır. Bakradze Prezident Vladimir Putinin əməllərini təcavüz kimi dəyərləndirərək Qərb müttəfiqlərini Rusiyanın ekspanisionist siyasətinə müqavimət göstərməyə səslədi.

Daha sonra söz alan ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə yardımçısı Metyu Brayza Bakradzenin bir çox fikirliərini bölüşdüyünü söylədi,  Onun sözlərinə görə Qızılgül inqilabından bəri, Gürcüstan hökuməti regionda sülhün və sabitliyin inkişafı üçün cidi səylər göstərib və kompromisə getməyə hazır olduğunu nümayiş etdirib.  O biri tərəfdən Abxaziya və Cənubi Osetiya regionunda münaqişlərin həllinə vasitəçi rolunda çıxış edən Rusiyanın son hərəkətləri bu statusa uyğun gəlmir.  Cənab Brayza bütün tərəfləri məsələyə sakit reaksiya verməyə və təmkin göstərməyə çağırıb.  Onun fikrincə Gürcüstanın ərazi bütövlüyü saxlanmaqla regional dövlətlər münaqişələrin həlli üçün yeni diskusssiyalara başlamalaıdırlar. 

Siyasi təhlilçi Vladimir Sokor Rusiyanın Gürcüstanla bağlı siyasətindəki müşahidələrini iştirakçılarla bölüşdü.  Onun fikrincə Rusiyanın başlıca məramı yaxın xaric adlandırdığı ərazidə dominantlıq etməkdir.  Lakin Rus liderləri eyni zamanda praqmatistidirlər.  Bir vaxtlar Baltik respublikalarının və hətta Polşanın NATO-üzvlüyünə qarşı çıxan Rusiya indi bu faktı qəbul edir.  Bu baxımdan, əgər Sokorun fikrincə, NATO qətiyyət göstərsə və Gürcüstanı alyans çətiri altına alsa, onda Moskva bu reallıqla hesablaşmalı olacaq.

Vladimir Sokorun çıxışından sonra forumda sual-cavab sessiyası başlandı.  Panel üzvləri dinləyicilərin Gürcüstanın hərbi hazırlığı, ABŞ-Rusiya münasibətləri haqda suallarını cavablandırdılar.

 

VOA News

 

Erməni ideoloqlarının "soyqırım" iddiaları açıq yalandır

AVROPA YƏHUDİLƏRİ İCMASININ NÜMAYƏNDƏSİ ERMƏNİLƏRİN TÖRƏTDİYİ CİNAYƏTLƏRİ SADALAYIR

Hər il aprelin 24-də Ermənistanda və digər ölkələrdə məskunlaşmış ermənilər uydurma soyqırımı gününü qeyd edirlər. Artıq dünyanın bəzi ölkələri bu uydurmaya inanıb və «erməni soyqırımı»nı öz parlamentində tanıyıb. Ötən il ermənilər ABŞ Konqresində də bu məsələnin müzakirə edilməsinə cəhd göstərdilər. Lakin Türkiyənin sərt etirazı və bir çox konqresmenlərin obyektiv mövqeyi qurumu bu addımı atmaqdan çəkindirdi və bununla da məsələ təxirə salındı. Ermənilər bu il Danimarka və Bolqarıstan parlamentlərinə də layihə təqdim etmişdilər, orada da bu məsələnin müzakirəyə çıxarılması təxirə salındı. Bu yaxınlarda isə İsrail knessetində «erməni soyqırımı»nın müzakirəyə çıxarılmasına göstərilən cəhd isə qalmaqala səbəb oldu. Bu məsələdən xəbərdar olan tarixçilər, yəhudi araşdırıcılar fakt və dəlillərlə erməni yalanını ifşa etdilər.

Avropa yəhudiləri icmasının nümayəndəsi, AMEA İnsan Hüquqları İnstitutunun baş elmi işçisi Moisey Bekker Azərtac-a müsahibəsində «erməni soyqırımı»na dair iddiaların əsassız olduğunu bildirib. Onun sözlərinə görə, 90 ildən artıqdır ki, erməni ideoloqları nəzarətləri altında olan kütləvi informasiya vasitələrinin və müxtəlif ölkələrə səpələnmiş erməni icmasının imkanlarından istifadə etməklə dünya ictimaiyyətinə bu millətin soyqırıma məruz qalması haqqında mifi sırımağa çalışırlar. Bu zaman faktlar və anlayışlar təhrif edilir: «Yeri gəlmişkən, 1948-ci ildə soyqırıma görə cəzalanmaya və ümumiyyətlə soyqırımın qarşısının alınmasına dair Konvensiya imzalanıb. Bu sənədə əsasən, soyqırım tam şəkildə və ya qismən milli, etnik, irqi və dini qrupu dağıtmaq niyyəti ilə həyata keçirilmiş əməldir. Ermənilərə qarşı isə heç vaxt belə bir aksiya törədilməyib».

Moisey Bekkerin sözlərinə görə, «1915-ci il hadisələrini diqqətlə və qərəzsiz təhlil edəndə görünür ki, Birinci Dünya müharibəsi zamanı döyüşən tərəflər millətlərin və xalqların öz müqəddəratını təyin etmək cəhdlərindən fəal surətdə yararlanmağa çalışırdılar. Bu cəhdlər Avstriya-Macarıstan monarxiyasında, Rusiya imperiyasında, Osmanlı dövlətində mövcud idi. Böyük Britaniya və Rusiya Osmanlı imperiyasının ərazi bütövlüyünü sarsıtmaq üçün xristian erməniləri, aysorları ələ almaq istəyirdilər. İmperiyanın şərq vilayətlərində azlıqda qalan ermənilərlə ərazidə çoxluq təşkil edən kürdlərin mənafeyi toqquşurdu. Daha yaxşı silahlanmış və təşkil olunmuş ermənilər kürdləri sıxışdırmağa, etnik təmizləmənin köməyi ilə paytaxtı Ərzurum olan müstəqil erməni dövləti yaratmaq üçün zəmin hazırlamağa girişdilər. Təhlükə qarşısında qalan kürdlər birləşib erməniləri dəf etməyə başladılar. Birinci dünya müharibəsi cəbhələrində problemləri başından aşan Osmanlı hökuməti millətlərarası toqquşmaya son qoymaq üçün Suriya vilayətinin qubernatoru Camal paşaya göstəriş verdi ki, erməniləri münaqişə zonasından çıxarıb tabeliyindəki ərazilərdə yerləşdirsin. Beləliklə, Livan, Suriya və Misirdə erməni icmaları meydana gəldi».

Yəhudi icmasının nümayəndəsi deyir ki, erməni liderləri özlərinin fitnəkarlıqla törətdikləri toqquşmalarda türk xalqını günahlandıran zaman yəhudilərə də qara yaxırlar. Məsələn, Con Karakosyan «Gənc türklər tarix məhkəməsi qarşısında» kitabında yəhudilərin də bostanına daş atır: «Bir sıra mənbələrə (kitabda heç bir mənbə göstərilmir) görə, Adanada hadisələrin törədilməsində Saloniki sionistləri də iştirak edib». Əsassız iddiadır. Əsaslı olanı budur ki, ermənilər toqquşmalar zamanı Anadoluda müsəlmanlarla yanaşı 10 minə yaxın yəhudini məhv ediblər. Bundan əlavə, 1918-1920-ci illərdə Azərbaycanın Quba şəhərində Amazaspın bandaları Qırmızı qəsəbənin yüzlərlə yəhudi sakinini vəhşicəsinə qətlə yetiriblər. İkinci Dünya müharibəsi illərində isə erməni legionu 10 minlərlə Krım yəhudisinin və qaraçısının qırılmasında iştirak edib. Yüz minlərlə macar yəhudisinin məhv edilməsi bilavasitə macar faşistlərinin füreri, etnik erməni Ferents Saqosyanın fəaliyyəti ilə sıx bağlıdır. Məhz F.Saqosyan 1944-1945-ci illərdə Adolf Eyxmanla birlikdə Macarıstanda və onun işğalı altında olan ölkələrdə yəhudi məsələsini qəti «həll etmişdi».

Moisey Bekker onu da bildirir ki, ermənilər dünya ictimaiyyətini uydurma soyqırımına inandırmağa çalışarkən heç bir sənəd təqdim edə bilmirlər. Çünki erməni ideoloqlarının «soyqırım» iddiaları açıq yalandır, heç bir fakta və elmi əsasa söykənmir».

 

Ucnoqta qazeti - www.ucnoqta.com

ə danışıqlar aparılır.

Tehranın Tibb Universitetində mədəni fəaliyyətlə məşğul olan "Birlik" dərnəyin fəaliyyətinə qadağa qoyulub. Dərnək Azərbaycan türklərinin mədəniyyəti, tanınmış şəxsiyyətlərini tanıtma, türk dilində özəl tədris, dərgi və bülletenlərin nəşri, Xocalı soyqırımı və Qarabağın işğalı ilə bağlı anım tədbirlərinin keçirilməsi ilə məşğul olub. Universitet rəhbərliyi dərnək üzvlərinə məktub vasitəsilə bir neçə sual göndərib ki, suallar dərnəyin Qafqaz və Azərbaycan Respublikasına münasibəti, türk dilinin Azərbaycan dili olması, azəri irqi, türk və azərilərin kökü haqqında olub. Suallara cavablar yazılı şəkildə imzalanaraq universitet rəhbərliyinə təqdim edilməlidir.

Qeyd edək ki, dərnəyin son toplantısında Əhməd Kəsrəvinin Azərbaycan türkləri barədə fikirləri müzakirə mövzusu olmuşdu. Bu toplantıdan sonra də dərnəyə qarşı təzyiqlərə start verilib ("Olaylar").

525.az

 



Yazarتوسط : Araz Ataxan | لينکilişim |چهارشنبه 28 فروردین1387|

son yazilarآخرين مطالب
»
»
» واکنش شدید شورای همکاری خلیج فارس به اظهارات مقام ایرانی
» انتقال ودود اسدی، دانشجوی بازداشت شده در رشت، به زندان اوین
» AMAT- ın sözçüsü Çingiz bəy Göytürkün çıxışı
»
» xeber
»
» دختر آذربايجانی اسير شده توسط ارمنی ها
»
»
»
» xabar
»
»
» نورالدین
» URMUDAN ŞƏKİLƏR VƏ FİLMLƏR
»
» azadurmu
» سرکوب فعالین مدنی، روزنامه نگاران و دانشجویان در اردبیل

درباره ما‏ sozumuz



ایران فارس نیست,فارس هم ایران نیست
شوونیزم فارس سیستم دولت مرکزی ایران را براساس فارسیت (ایران = فارس) بنا نهاده و استقلال ملل غیرفارس را سرکوب، موجودیت ملی آنهاراانکار،زبان آنها ممنوع و تاریخشان را جعل،اولویت فارس بودن را براین ملل تحمیل نموده
پس از الحاق آذربايجان جنوبی، رژيم به تقسيم اراضی آذربايجان وپيش کشی آن به ايالات ديگر پرداخت.آذربايجان جنوبی تدريجا به استان های آذربايجانغربی، شرقی، زنجان، همدان، تقسيم گرديد. قزوين و ساوه از آذربايجان جداگرديد. زبان ترکی در مدارس،ادارات، ارتش، دادگاه وتمامی جلسات رسمی و دولتی ممنوع،کتابهای ترکی وغیره قدغن شده نامهای تورکی شهرها و روستاهاواماکن تاریخی تغییر،به فارسی تغيير يافت،سياست رژيم پهلوی پس ازانقلاب به ظاهر اسلامی نيزادامه يافت .تحصيل به زبان مادری همچنان قدغن باقی ماند.سیاست شدیدآسیمیله تحت نام تمامیت ارضی تطبیق شده و می شود.بانام ایران ملل غیرفارس رااسارت درآورده است. ترکهاآذربایجان جنوبی اکثریت را تشکیل می دهند (35000000.) تنها راه نجات از این اسارت .استقلال کامل این ملل است.حتی سیستم فدرال نمی تواند منافع ملی ما را برآورده کندفدرال در ایران منتج به استقلال آذربایجان نخواهد شد فدرال همان سیستم تمرکزگراست و فدرالچی با ایرانچی مترادف است.
بنابرهمین ضرورت است که آذربایجان جنوبی برای استقلال کامل و برقراری جمهوری دمکراتیک آذربایجان جنوبی مبارزه کند
حرکت ملّی آذربايجان جنوبی به هیچ دولت، مملکت و قدرتی وابسته نیست.استقلال طلبی و خواستن استقلال به وطن ملی خود حق انسانی، و دمکراتیک هر فرد می باشد.ملت آذربایجان در دفاع از وجب به وجب سرزمین مادری اش وآزاد سازی واستقلال تمامی خاک های آزربايجان اززير استعمار گران شوونيسم فارس و ارمنی تمامی راه هاراخواهد پيمود
قیام ملّی آذربایجان شمالی کمر شوروی را شکست
حرکت ملّی آذربايجان جنوبی ایران آریایی راچه
خواهد کرد؟
ARAZ Ataxan

موضوعاتmovzülar bələdci
pind پيوند روزانه
AZAD URMU MUSEQISI
(ِِِANA sayfa (AZAD URMU

http://gaip.org/ http://insanhaqlari.blogfa.com/ http://qadin1.blogfa.com/ http://www.savalansesi.com/ http://urmusesi.blogfa.com/ yolmuz istiqlal yolu
Türkəm bu cəhətdən özümü xoşbəxt hiss edirəm . ایل دیرکی سرمایمیزی چاپیب آپاریلار اصفاهان و کرمانا. 80 ایل دیر کی فارس شوونیزمی اقتصادیمیزی محو ائدیب مللتیمیز پیس ، قارا و کاسیب گونه سالیبدیر.80ایل دیر کی فارس شوونیستلری دیلیمیزی قاداغان ائدیب ، تورپاقیمیزی اشغال ائدیب وبیزی تحقیر ائدیر بسدیر داها . بو گون حساب سورماق گونودور. بو گون اشغالچینی قووماق گونودور. بو گون انقلاب گونودور. بوگون آزادلیق گونودور . قالخ آیاقا ای آذربایجانین قیرتلی مللتی. قالخ آیاقا ای تورک ایگیدی . قالخ آیاقا ای تورک قیزی . . قالخ آیاقا ای اولو تورک بوگون میدان گونو بوگون دیوان گونودور. بوگون فارس فاشیسمینه عصیان گونودور . هارای هارای من تورکم شعارلاریمیزلا آندیمیزی تزه لیب مللی ایسنکلریمیزی دنیایا اعلان ائده جیک. قوی دوشمن بیلسین کی بو یولدا اولدو وار دوندو یوخدور Məhəmməd Əmin Rəsulzadə""..... Cəbrlə qəbul edilən bir şeydə qətiyyən səadət olamaz, çünki səadət hürriyyət və istiqlaldadır.

ای آذربايـــجان زنده باد خاطره بیست ویک آذر زنده باد آذربایجان مستقل ای ملت بزرگ و غيور ، بپا خيز ، امروز روز انتقام است ، بپا خيز ، امروز روز انتقام خون شهيدانمان است . اجابت به ندای (( من ترکم )) يک وظيفه ملی است ، . با استماع صدای تظاهرات ، قهرمانانه و بی باکانه به تظاهرات ملی ملحق شويد ، نابودی و شکست دشمن نزديک است قسم به روح بزرگ شهیدانمان،قسم به شجاعت بابک وستارخان مان،قسم به ثقته الاسلام وخیابانی مان ،قسم به پیشه وری و شریعتمداری مان وقسم به خون هایمان که در خرداد جاری شدند،قسم به اراده های آهنین که در زندان های دشمنان زیر شکنجه اند،قسم به ملت بزرگمان،قسم به آذربایجان انتقام خواهیم گرفت وآذرباجان را مستقل خواهیم کردنه فراموش می کنیم و نه می بخشیم .در این راه مقدس زندان،شکنجه ومرگ مارا نمی ترساند.بخاطر استقلال آذربایجان تا آخرین قطرۀ خونمان مبارزه کرده و حاضر به فدای جانمان هستم. ما فرزندان بابک هستيم ، آنکه ندا داد : يک روز آزادانه زيستن بهتر از چهل سال در اسارت زندگی کردن است . با همبستگی شوونيزم فارس را شکست داده ، آذربايجان آباد و آزاد را ايجاد خواهيم کرد . , مرگ بر شوونيزم فارس , مرگ بر فاشيسم , زنده باد آزادی زنده باد آذربايجان مستقل

En Gözel Geçici Bayrağ

آزاد اورمو AZAD URMU ANA SAYFA

آزاد اورمو - اذربایجان موسیقیسی AZER MUZIK

müsahibə/مصاحبه

21 Azər

Azərbaycan Sınəması

türk Sıneması

Dekoment filmileri

کمیته دفاع از عباس لیسانی Abbas Lisaninin Hüquqlarını Müdafiə Komitəsi

میللی فعال حسن بی اسدی نین ائوی مهرین بیریندن ایطیلاعات قووه لری نین موحاصیره سینده دیر
Yazar
پيوند وبلاگ
» galebsaz » java
Gaip xəbər
Gaip!
ARŞİV آرشيو سايت
هفته سوم مرداد 1387هفته دوم مرداد 1387هفته اوّل مرداد 1387هفته چهارم تیر 1387هفته سوم تیر 1387هفته دوم تیر 1387هفته دوم اردیبهشت 1387هفته اوّل اردیبهشت 1387هفته چهارم فروردین 1387هفته سوم فروردین 1387هفته چهارم بهمن 1386هفته دوم بهمن 1386هفته چهارم دی 1386هفته سوم دی 1386هفته اوّل دی 1386هفته سوم آذر 1386هفته دوم آذر 1386هفته اوّل آذر 1386هفته چهارم آبان 1386هفته سوم آبان 1386هفته دوم آبان 1386هفته اوّل آبان 1386هفته چهارم مهر 1386هفته دوم مهر 1386هفته اوّل مهر 1386هفته چهارم شهریور 1386هفته سوم شهریور 1386هفته دوم شهریور 1386
آمار SAyici

TurkHarayi TurkHarayi


Frees.Coo.Ir